Eldar Nəsib SİBİREL.Ећeirlər

20-12-2015, 14:10
0
Жалоба

Eldar Nəsib SİBİREL.Ећeirlər


AY OSMAN QAДћA

Dünya həmənkidir, döyüşür yenə
Öz xeyrinnən şəri, ay Osman qağa!
Hanı elə ustad-məsləhət alam,
Sən köçəndən bəri, ay Osman qağa?!

Düzlük, xeyirxahlıq bir peşən oldu,
Güllərin nə soldu, nə həşəm oldu.
Yenə söz mülkündə "Bənövşə"n oldu,
Sözüm təzə-təri, ay Osman qağa!

"Gətir, oğlum, gətir" – arzun gül açdı,
Qumlu səhrada da ətrini saçdı.
"Dəmir sətirlər"ində dindi, dil açdı
İlham adlı pəri, ay Osman qağa!

"İqlimdən iqlimə" yayıldı səsin,
Ancaq eldən gəldi yenə nəfəsin.
Dünyada sönməyən eşqin, həvəsin
müqəddəsi, piri, ay Osman qağa!

Zaman bəd gətirdi, yandın, göynədin,
Dərdini Xrama, Kürə söylədin
Dosta sədaqətdə heyran eylədin
Sən külli-bəşəri, ay Osman qağa!

Qəlbiyin simləri saza tel oldu,
Bu yolda dözümün Çənlibel oldu.
Dünyaya gələndən ancaq el oldu
Könlüyün dərd-səri. ay Osman qağa!

Çoxları yalandan yoxu var etdi,
Ancaq səni görüb bundan ar etdi.
Köçəndə də sənə tapşırıb getdi,
Vurğun sözü, şeri, ay Osaman qağa!

Heç vaxt şan-şöhrətə olmadı gözün,
Ayağına gəldi şöhrətin özü.
Hələ qabaqdadır dediyin sözün
Möcüzəsi, sirri, ay Osman qağa!

Tanrım sözlərimi yazmaz günaha,
Səndən nə gəlməyib, nə gəlməz daha.
Qəbrin də döndərdi ziyarətgaha
Doğulduğun yeri, ay Osman qağa!

Sibirel ovunmaz hər təsəllidə,
Ећairə yaş deyil yüz də, əlli də.
Uyu rahat uyu Sarıvəllidə,
Ећairlər şairi, ay Osman qağa!

15.09.2000

QƏRİBƏ GÖRÜNNƏM
Bu gün duyğularım qəlbimə sığmır,
Sinəmdən baş alıb qaçmaq istəyir.
Bu gün fikirlərim sözümə baxmır
Quştək qanad taxıb uçmaq istəyir.

Qışının kürəyini yerə vurmağa
Bu gün ürəyimdə yaz nəfəsi var.
Yanar səhrəları ovundurmağa
Dolan buludumun sel həvəsi var.

Ећeh düşsə üşüyən bir çiçək eşqin
Ruhunu odumla isidə billəm.
Uzadıb ömrünü kəpənək eşqin
Bahar arzularla yol gedə billəm.

Ögey hisslərimi boğmaqçün deyən
Doğma hisslərimin öz qiyamı var.
Vicdanın müttəhimin kürsüsündəyəm,
Özümün özümə ittihamım var.

Bu gün ümidimi, qayğılarımı
Haça şeşpəritək Giziroğlunun.
Zülmətin qoynuna atmaq istərəm.
Bürünüb öz kövrək duyğularıma

Sonra rahat-rahat yatmaq istərəm
Qəribə görünnəm çoxuna bu gün
Deyəsən özümə yaxınam bu gün.

1972

Mənbə: http://edebiyyat-az.com/


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация