Ətirlə məftun etməyin qaydaları

11-11-2015, 09:05
798

http://i057.radikal.ru/1511/0d/195e645d3d66.jpg


Yeni ətir almaq tanımadığın adamla görüş zamanı keçirdiyin həyəcana bənzəyir. Bəzən bunun səninki olduğunu anlamaq üçün bir baxış kifayətdir, bəzən isə cazibədar görünüşün arxasında nəyin gizləndiyini açmağa bir ömür belə çatmır.

Məşhur moda evlərinin aparıcı ətriyyatçıları insanın fərdiliyini ifadə edə bilən ideal ətir kompozisiyasının yaradılması üzərində uzun illər baş sındırırlar. Çünki uyğun ətir seçimi - əsl incəsənətdir. Ətir uzaqlaşdırmamalı, əksinə cəlb etməli, məftun etməli, başdan çıxarmalı, azdırmalı, tovlamalıdır. Hər qadının ona xas qoxusu olan ətri olmalıdır. Yaxınların və ya reklam çarxlarının məsləhətləri ilə ətir seçmək olmaz. Hər bir insanın ətri fərdidir, başqa sözlə desək, genetik olaraq proqramlaşdırılıb, bir qadının bəyəndiyi, digərinə tamamilə uyğun gəlməyə bilər. Ona görə də hər kəsin öz ətir seçimi qaydası var.

Ətriyyatçılar təsdiq edirlər ki, qadının ən azı üç ətri olmalı dır. Biri-işdə, ikincisi - gecədə və üçüncüsü - ikilikdə romantik axşamda vurmaq üçün. Bundan başqa, həyatda baş vermiş hər hansı xoş hadisəni xatırladan ətirlərdən də istifadə etmək məsləhət görülür.

Lakin müəyyən məsləhətlər də mövcuddur ki, yeni ətir alarkən onlara əməl etməyə dəyər. Gecce.az həmin məsləhətləri təqdim edir:
Ətir seçərkən, onu hansı fəsildə istifadə edəcəyinizi unutmayın. Yadda saxlayın ki, ətirlər isti kimi, soyuqdan da qorxurlar. Rütubətli isti iqlimdə ətirlər sürətlə yayılır, ağır qoxular isə xüsusən güclənir və daha kəskin olur. Ona görə də yay ətirləri daha yüngül olmalıdırlar, daha yüngül, yaşıllıq, meyvə, su vurğulu, sitrus, okean, çiçək qoxulu ətirlərdən istifadə etmək tövsiyə olunur.

Qışda iybilmə hissi zəifləyir, bundan başqa, quru və soyuq havada qoxular zəifləyir. Ona görə də qış dövründə daha intensiv, ağır qoxulu ətirlər almaq məsləhət görülür. İlin bu fəslində büzüşdürücü ağac qoxulu ətirlər xüsusən yaxşıdır – heç nə onlar kimi xəzin gözəlliyini qeyd etməyəcək və sizə istilik, rahatlıq hissi bəxş etməyəcək.

Ətri sutkanın hansı vaxtında istifadə edəcəyinizi yadda saxlamaq lazımdır. Səhər, biz adətən yüngül, təravətləndirici qoxuları seçirik, gündüz kəskin və enerjili ətirlərdən istifadə etmək olar, axşam üçün ədvalı və şirin incəlikləri olan parlaq, mürəkkəb qoxular yaraşar.

Həmçinin gününüzü keçirəcəyiniz vəziyyət də nəzərə alınmalıdır. Məsələn, kiçik ofisdə, qatarla, avtobusla və təyyarə ilə səyahət zamanı güclü, kəskin qoxuları seçmək lazım deyil. Romantik gecə üçün yetkin qadınlara hissiyyatlı, qızlara isə incə meyvə-giləmeyvə ətirləri seçmək yaxşı olar.
İnsanın həyat tərzi də ətir seçiminə təsir göstərir: dinamik, fəal insanlar təravətləndirici, sərinləşdirici ətirlərə üstünlük verirlər. Özünə qapanan, sakit insanlar – mürəkkəb, təkrarolunmaz Ећərq qoxularından valeh olurlar.

Ətir alarkən, onun özünü tam büruzə verməsi üçün bir sutka gözləyin. Ətirlərin qoxusu, çiçək kimi tədricən açılır. Ona görə də qoxu haqqında ilk təəssüratdan mağazaya qaçıb onu almağa tələsməyin.

Ətir seçmək üçün sonsuz sayda ümumi meyar sadalamaq olar. İnsanın yaşı, geyim üslubu, saçının, dərisinin, gözlərinin rəngi kimi zahiri görünüşü mühüm rol oynayır. Lakin əsas yadda saxlamaq lazımdır ki, ətir – ikinci dəri və insanın nəfəs aldığı havadır. Siz əhatənizdə olan atmosferlə vəhdətdə olmalısınız. Özünüzü yaxşı hiss etmədiyiniz ətir, sizin ümumi simanıza təsir göstərir. Ona görə yox ki, ondan istifadə etməklə, siz özünüzə inamı itirirsiniz, həm də ona görə ki, bununla fərdi auranız dağılır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: