Azərbaycan Aşıqlar Birliyinə yeni sədr seçilib

3-03-2016, 18:00
817

http://s017.radikal.ru/i420/1603/41/1a7f02e0864a.jpg


Martın 3-də Azərbaycan Aşıqlar Birliyi (AAB) İdarə heyətinin növbədənkənar iclası keçirilib.

AAB-dən AZƏRTAC-a bildirilib ki, Xalq Ећairi Zəlimxan Yaqubun vəfatından sonra ilk dəfə toplanan idarə heyətinin iclasını professor Qəzənfər Paşayev açıb. Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra gündəlikdə duran əsas məsələyə - Azərbaycan Aşıqlar Birliyin yeni sədrinin seçilməsi məsələsinə baxılıb. Ustad aşıqlar tərəfindən bu vəzifəyə Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının namizədliyini irəli sürüb.

Təklif səsə qoyulub və yekdilliklə qəbul edilib.

Sonra Məhərrəm Qasımlı yeni vəzifədə görəcəyi işlərdən, qarşıda duran vəzifələrdən danışıb, yeni təyinatlar haqda məlumat verib.

İclasda Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev iştirak edib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: