"Ruhuma süzülür pıçıltıların" kitabının təqdimat mərasimi keçirilib

14-03-2016, 16:00
706

http://s017.radikal.ru/i435/1603/64/4ef9f04fc786.jpg


13 mart 2016-cı il tarixində, saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən "Kitabevim.az" mağazasında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, "Dirili Qurbani" Ədəbi Məclisinin üzvü, "Qızıl qələm" media mükafatı laureatı, istedadlı şair Xuraman Camalqızının "Ruhuma süzülür pıçıltıların" kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, o cümlədən müəllifin qələm dostları iştirak ediblər.Kitabın redaktoru və ön sözün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Qızım Qələm" Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Ећurasının üzvü və DAMM-ın və katibi, "Azad qələm" ədəbi-bədii, ictimai-publisistik qəzetinin və "Ali Ziya" ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-jurnalist Nəcibə İlkin müəllifin sayca ikinci kitabında toplanan son zamanlar qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri haqqında məlumat verib, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.
Tədbir iştirakçıları müəllifin yaradıcılıq fəaliyyəti haqqında öz fikir və düşüncələrini, xatirələrini bölüşüblər, arzu və istəklərini dilə gətiriblər.Müəllifə yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyiblər.İmza törəninin gedişatında müəllif Xuraman Camalqızı
"Kitabevim.az" mağazasının Rəhbərliyi başda olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, işıq üzü görən kitablarından tədbir iştirakçıları üçün imzalayaraq, hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkli çəkdirilib.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: