"Azərikimya" İB-də kadr hazırlığı işi həmişə diqqət mərkəzində saxlanılır - MÜSAHİBƏ

30-09-2015, 21:00
1 108



"Azərikimya" İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayevlə müsahibə
- Xalıq müəllim, kadr hazırlığı işi dedikdə, ümumiyyətlə, nələr nəzərdə tutulur?
- Kadr hazırlığı işi özlüyündə çox geniş anlayışdır və bir neçə mərhələni əhatə edir. Bura ehtiyac duyulan sahələr üzrə kadrların sifarişinin verilməsi, kadr ehtiyatının yaraВ­dılması, təlimlərin keçirilməsi, təhlillərin aparılması ilə bərabər, işçilərin ixtisasartırma, ixtisasdəyişmə və yeni ixtisasa yiyələnmə kurslarında iştirakının təşkili, bilik səviyyələrinin yoxlanılması, əməyin ödənilməsi dərəcəsinin artırılması, eyni zamanda karyera yüksəlişi üçün attestasiyaların keçirilməsi, digər şirkətlərlə - əsasən də istehsal xüsusiyyətlərinə görə yaxınlıq və uyğunluq təşkil edən şirkətlərlə təcrübə mübadiləsinin təşkili, işçilərin vəzifə standartlarının hazırlanması və s. daxildir.

- Son illər Karyeranın idarə edilməsi sistemindən geniş bəhs edilir. Ümumiyyətlə, bu məfhum özündə nəyi ehtiva edir?
- Son dövrlər SOCAR-da vəzifə təlimatlarının hazırlanması və karyera inkişaf sisteminin tətbiqi ilə bağlı müasir tələblər və beynəlxalq təcrübəyə uyğun olan yeni standartların hazırlanВ­ması istiqamətində mühüm işlər görülüb. Bunlardan biri də 2013-cü ildə SOCAR-ın Ekologiya İdarəsi və İnformasiya Texnologiyaları və Rabitə İdarəsində "Karyeranın idarə edilməsi sistemi"nin pilot layihə kimi tətbiq olunmasıdır.
Hələ 2012-ci ildə SOCAR rəhbərliyi tərəfindən Dövlət Neft Ећirkətinə tabe olan bütün idarə və müəssisələrə, o cümlədən "Azərikimya" İstehsalat Birliyinə işçilərin vəzifə standartlarının hazırlanması tapşırığı verilmişdi. Bu tapşırığa uyğun olaraq proqram təminatı hazıırlanmış,bu sahədə maarifləndirməişinin önəmi nəzərə alınaraq, karyeranın idarə edilməsiproqramının yaddaş kitabçasınəşr olunmuş,müəssisələrin rəhbər işçiləri və kadrlar şöbəsinin işçiləri üçünproqramın tətbiqi və istifadə qaydaları üzrə maarifləndirici təlimlər keçirilmişdir. Bununla da işçilər öz təhsil istiqamətləri və əmək stajlarına uyğun olaraq karyeralarını inkişaf etdirmək istədikləri sahə və vəzifələri seçmək, həmçinin peşəkarlıq və fərdi keyfiyyət göstəricilərini artırmaq üçün təlim ehtiyaclarının müəyyənləşdirilməsinə və müəyyən edilmiş fərdi inkişaf proqramlarında iştirak üçün imkan əldə etmişlər. Bu da o deməkdir ki, karyeranın inkişaf etdirilməsi karyera sorğusu üzrə nəticələrdən, peşəkarlıq, fərdi keyfiyyət göstəricilərindən, xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə nəticələrdən, işçilərin öz karyeralarını inkişaf etdirmələrinə təsir edən amillərdən, biliklərin yoxlanılması mərhələsindən və test imtahanlarının nəticələrindən asılıdır.


- Xalıq müəllim, "Azərikimya" İstehsalat Birliyində ehtiyac duyulan ixtisaslı gənc kadrlarla təminat işinin vəziyyəti nə yerdədir? Bunu hansı qayda ilə həyata keçirirsiniz?
- Dövlətimizin gənclər siyasətinə uyğun olaraq, "Azərikimya" İstehsalat Birliyində də gənc mütəxəssislərin hazırlanması, yerləşdirilməsi, karyera yüksəlişi məsələləri daim diqqət mərkəzində saxlanılır. Gənclər bu gün kimya sənayesinin ən vacib və məsul sahələrində əhəmiyyətli dərəcədə təmsil olunurlar. Kadr resurslarının gəncləşdirilməsi artıq bir tendensiyaya çevrilmiş və davamlı xarakter daşıyır. Gənclər kimya sənayesinin gələcəyi ilə bağlı strateji hədəfləri daha dəqiq görə bilirlər. Gənclərin təşəbbüskarlığının dəstəklənməsi, hər bir işçinin inkişafı üçün bərabər şəraitin yaradılması və onların karyera yüksəlişinin ədalət prinsiplərinə əsaslanaraq həll olunması prioritet məsələlərimizdəndir. Biz bu sahədə iki istiqamət üzrə iş aparırıq. Birinci istiqamət müəssisələrimizin ixtisaslı gənc fəhlə kadrları ilə təminatı, ikinci istiqamət isə ali təhsilli gənc mühəhdis-texniki işçilərlə təminat.

- Onda gəlin ixtisaslı gənc fəhlə kadrlarından başlayaq.
- Birliyimizdə ehtiyac duyulan ixtisaslı fəhlə kadrlarının hazırlanmasında əsasən SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin 2012-ci ildə Sumqayıtda müasir üslubda yaradılaraq yeni avadanlıqlarla təchiz edilmiş Təlim-tədris Mərkəzinin dəstəyindən istifadə edirik. Bu mərkəz həm bizim üçün, həm də SOCAR-ın digər struktur bölmələri üçün müxtəlif yönümlü peşələr üzrə ixtisaslı gənc fəhlə kadrları hazırlayır. Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm ki, SOCAR-ın tərkibində neft-kimya sənayesi üzrə ixtisaslı fəhlələr hazırlayan Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt da daxil olmaqla bütün Təlim-Tədris Mərkəzləri respublikamızda peşə təhsilinin də nüfuzunun artmasında əhəmiyyətli rol oynamışdır. Bu tədris mərkəzlərində təhsil alan şagirdlərə aylıq təqaüdün verilməsi, xüsusi geyimin, gündəlik naharın təşkili və son olaraq SOCAR-da işlə təminat digər mərkəzlərlə müqayisədə fərqli və üstün cəhətlərdəndir.
Artıq Sumqayıt Təlim-Tədris Mərkəzini 2012/2013 və 2013/2014-cü tədris illərində müxtəlif ixtisaslar üzrə bitirmiş 200-ə yaxın gənc Birliyimizin müəssisələrinə işə qəbul olunmuşdur. Təlim-Tədris Mərkəzində həmçinin köhnə kadrlar üçün ixtisasartırma və ikinci peşəyə yiyələnmə kursları da təşkil olunur və il ərzində orta hesabla 600 nəfərə yaxın əməkdaşımız burada müxtəlif təlim kurslarında iştirak edirlər.

- Bəs mühəndis-texniki işçilərə tələbat hansı qaydada ödənilir?
- Mühəndis-texniki işçilərə olan tələbatın ödənilməsi istiqamətində atılan addımlardan biri olaraq SOCAR-ın maliyyə dəstəyi ilə ölkə hüdudlarından kənarda və respublikamızın nüfuzlu ali məktəblərində gənc mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması və sonda hazır mütəxəssis olaraq işlə təmin olunması prosesi uğurlu layihə kimi həyata keçirilməkdədir. Konkret olaraq "Azərikimya"ya gəldikdə isə deyə bilərəm ki, İnsan Resursları DepartaВ­menti ilə birgə həyata keçirdiyimiz pilot layihə çərçivəsində tərəfimizdən iki sahə üzrə ixtisasartırma kursları təşkil olunmuşdur. Bundan başqa biz pespublikanın 4 aparıcı universiteti ilə əməkdaşВ­lıq edirik. Bu ilin əvvəlində bu universitetlərdə İnsan Resursları Departamenti ilə Pilot layihə çərçivəsində görüşlər keçirərək, 200-ə yaxın tələbəni bu layihəyə cəlb etdik. Onların arasında fərqlənən gəncləri Birliyimizin müəssisələrinə istehsalat təcrübəsinə dəvət edərək, bir aylıq təcrübədən sonra işi daha yaxşı mənimsəyənləri və imtahandan uğurla keçənləri işə qəbul etdik.
Birliyimizin Etilen-polietilen zavodu ərazisində Propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən və turş qazlardan qələvi ilə təmizlənməsi məqsədini daşıyan və layihəsi "Azərikimya" İB-nin Xüsusi konstruktor bürosu tərəfindən hazırlananyeni qurğularda da işlər, demək olar ki, yekunlaşmaq üzrədir. Oktyabr ayında istisВ­mara veriləcək qurğularda çalışmaq üçün ali təhsilli mütəxəssisə ehtiyacımız olacaqdır ki, artıq bu istiqamətdə də müəyyən işlər aparırıq.
Bundan başqa əməkdaşlıq etdiyimiz universitetlərin tələbələri üçün hər ilin yayında ilkin olaraq "Azərikimya" İB-nin müəssisələrində, sonradan isə "Petkim PetrokimВ­ya Holding" şirkətində təcrübələr təşkil edir, bu təcrübələrin sonunda tələbələr tərəfindən verilmiş ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqələr keçiririk. Məqsədimiz həm tələbələr arasından özümüzə gələcək əməkdaş seçimi aparmaq, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır.
TəqdiВ­rəlaВ­yiq haldır ki, sabahın gənc mütəxəssislərinin bir qismi ali təhsillərini başa vurduqВ­dan sonra onlar üçün artıq doğmalaşmış olan В«AzərikimyaВ»da bir mütəxəssis kimi çalışmaq istəyində olduqlarını bildirirlər. Ötən dövr ərzində bu qəbildən olan 20 nəfər gənc mütəxəssis Birliyimizin müəssisələrinə işə qəbul olunmuşdur. Ümumilikdə isə işə qəbul olunmuş 400 nəfərin 103 nəfəri ali təhsilli kadrlardır.
Sevindirici haldır ki, "Etilen-Polietilen" zavodunun əməkdaşı Qadir Əliyev kimya mühəndisliyi üzrə 2012-ci ildə, "Total" şirkəti ilə SOCAR-ın əməkdaşlığı çərçivəsində təqaüd proqramı üzrə Birliyin əməkdaşı Nəcəf Səfərli isə 2014-cü ildə Fransada magistr pilləsi üzrə təhsil almaq hüququ əldə etmişdir.

- Sadalanan işlərin təşkili ilə bağlı hər hansısa bir problemlə qarşılaşırВ­sınızmı?
- Kadr hazırlığı daima inkişaf, təkmilləşmə, biliklərin artırılmasını tələb edən bir anlayışdır. Amma bəzən görürsən ki, yeni biliklərə yiyələnməkdən boyun qaçıranlara, bəzi hallardasa təlimlərdə formal iştirak edənlərə də rast gəlinir. Kimya sənayesi müəssisələri "A" kateqoriyalı müəssisələr sırasına daxil olduğundan burada çalışan işçilər bilik səviyyələrini davamlı olaraq artırmalı, əldə etdikləri təcrübəni inkişaf etdirməli, peşəkar olmalıdırlar. Bunun üçün də onların sadaladığımız təlimlərdə fəal və yaradıcı şəkildə iştirak etmələri mütləqdir. Əks təqdirdə kurslarda iştirak edən kimyaçı mühəndislərin müəyyən hissəsi yekun imtahandan müvəffəq qiymət ala bilmirlər.
Fəhlə kadrları isə əsasən kurslarda tədris olunan informasiya texnologiyaları ixtisası üzrə zəif nəticə göstərirlər. Bu gün müəssisələrimizdə müasir qurğular quraşdırılır, istehsalat sahələri kompüterləşВ­dirilir. Bu baxımdan yeni layihələr əsasında tikilən, avtomatik idarəetmə sistemi ilə idarə olunan qurğularda işləmək üçün kompüter biliklərinə yiyələnmək vacibdir.

- Xalıq müəllim, "Azərikimya"da yeni işə qəbul olunanlara yanaşma necədir?
- İşə qəbul olunan hər bir gəncin gələcək taleyi bizi ciddi düşündürür. Bu baxımdan həyata keçirilən layihələrin əsasını da gənclərin gələcəyinə verdiyimiz önəm təşkil edir. Məlum olduğu kimi, mövcud Əmək Məcəlləsinə görə işçi ilə əmək müqaviləsi bağlayan, onu işə qəbul edən işəgötürəndir. Bizdə işə qəbul prosesi İnsan Resursları Departamenti tərəfindən həyata keçirilir. Müsabiqədən keçən namizədlərin əmək müqaviləsi bağlanılmaqla işə qəbulu isə müəssisə tərəfindən rəsmiləşdirilir. Bizdə istər işə yeni qəbul olunmuş, istərsə də mövcud işçilərin hamısı ilə əmək müqavilələri bağlanılmış, bütün işçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmişdir. Əminliklə deyə bilərəm ki, "Azərikimya" İB-də daşıdığı vəzifədən asılı olmayaraq – rəhbərdən fəhləyə kimi bir nəfər də olsun elektron müqavilədən kənarda qalmamış, hər bir işçi tibbi sığorta ilə təmin olunmuşdur.
Bir məsələni də qeyd edim ki, bizdə yeni işə başlayan gənc kadrların hər biri təcrübəli işçilərə həvalə olunur, onlar üçün altı aylıq xüsusi tədbirlər planı hazırlanır və bu müddət ərzində onların tam püxtələşməsinə nail olunmağa çalışılır. Eyni zamanda təqaüd yaşına yaxınlaşan işçilərimizə də həm yeni kadrlardan, həm də bir neçə illik təcrübəsi olan işçilərdən təhkim edirik. Məqsədimiz ondan ibarətdir ki, həmin işçi təqaüdə çıxana qədər öz yerinə onu əvəz edə biləcək etibarlı kadr hazırlaya bilsin.
- Bəs struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçılərə Sizdə münasibət necədir, onlar necə idarə olunur?
- 2012-ci ildən etibarən beynəlxalq audit şirkətlərinin tövsiyəsi və iki pilləli idarəetmə sistemindən bir pilləli sistemə keçid ilə əlaqədar olaraq SOCAR-ın bütün idarə və müəssisələrində olduğu kimi, "Azərikimya" İB-də də struktur dəyişiklikləri aparılmağa başlanılmışdır. Struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçilərin yerləşdirilməsi zamanı ilk növbədə Əmək Məcəlləsinin müvafiq tələbləri gözlənilir. Belə ki, qanunla işdən azad olunması qadağan olunmuş işçilər yeni strukturda birbaşa işlə təmin olunurlar, digər işçilər isə tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçiləri müəyyən etmək üçün isə İnsan Resursları Departamenti tərəfindən test imtahanına cəlb olunur və imtahan nəticələrinə əsasən yerləşdirilirlər.

- Dediklərinizə nəsə əlavə etmək istərdinizmi?
- Bütün sahələrdə dinamik və uğurlu inkişafa nail olan respublikaВ­mızda insan kapitalının və kadr potensialının formalaşdırılmasına verilən önəm kadr siyasətinin icra mexanizmlərində və metodlarında da təzahür etməkdədir. Ölkədə qurulan müasir idarəВ­etmə modelinin dinamik, daiminkişafedən, məzmunu və strukturu inkişaf tendensiyaВ­larına uyğun olaraqdəyişən,yeniformalar,interaktivvə fəal metodlarla xarakterizə olunantəlimmexanizminiaktuallaşdırması neft-kimya sənayesinin də peşəkar, yüksək etik dəyərВ­lərə və məsuliyyət hissinə malikolankadrkorpusundanibarətmühümsosial-hüquqi mexanizm kimiçıxış etməsinə zəmin yaradan hallardanbiridir.
SOCAR-ın digər struktur bölmələrində olduğu kimi "Azərikimya" İB-də də gənclərin karyera imkanlarının genişləndirilməsində bilik, bacarıq hər zaman öndə dayanır. Mən belə hesab edirəm ki, hər bir gənc fəaliyyətə başladığı gündən gələcək karyerası barədə düşünməlidir. Bunun üçün yaradılan şəraitdən səmərəli istifadə etməli, öz potensialını ortaya qoymağı bacarmalıdır. Gənclərə dəstək olmaq gələcəyimizə zəmanət kimi dəyərləndirilməlidir. Çünki daim tərəqqi edən, iqtisadi imkanlarını genişləndirən, dünya iqtisadi sisteminə sürətlə inteqraВ­siya edən Azərbaycanın hərtərəfli inkişafınaöz töhfəmizi yalnız bu yolla verə bilərik.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı: Rafiq Oday,
Respublikanın Əməkdar jurnalisti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: