Saqif Qaratorpağın yeni kitabı işıq üzü gördü

7-10-2014, 11:21
1 486

Saqif Qaratorpağın yeni kitabı işıq üzü gördü


Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubuna istinadən yaydığı məlumata görə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Hüseyn Arif" Ədəbi Birliyinin başqanı, "Ədəbiyyat-Az.Com" Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri sədri Saqif Qaratorpağın "Üç addlm…" şeirlər kitabı 2014-cü ildə Sumqayıt şəhərində "Birlik" Poliqrafiya Mərkəzi tərəfindən 320 səhifə olmaqla, 500 tirajla dərc olunub.Kitabın redaktoru Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident Fondunun Təqaüd təqaüdçüsü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi İbrahim İlyaslı, rəssamı isə Nəvai Metin Dəmirçioğludur.
"Üç addım…" şair Saqif Qaratorpağın "Ећamın kölgəsi" (2006) və "Bir könül varağında" (2012) şeir kitablarından sonra oxucularla üçüncü görüşüdür.Kitaba şairin əvvəlki kitablarından seçmələrlə yanaşı, yeni şeirləri də daxil edilmişdir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: