Təvəkkül Görüşlünün yeni kitabı işıq üzü görüb

22-01-2016, 21:30
982

http://s020.radikal.ru/i707/1601/86/55f6bd63836b.jpg


Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı şair Təvəkkül Görüşlünün "Bu sevgi bir əbədiyyət" adlı yeni şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində, "Elm və təhsil" nəşriyyatı tərəfindən 194 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.
Kitabın redaktoru və ön sözün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Qızım Qələm" Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Ећurasının üzvü və DAMM-ın və katibi, "Azad qələm" ədəbi-bədii, ictimai-publisistik qəzetinin və "Ali Ziya" ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-jurnalist Nəcibə İlkindir.
Kitaba müəllifin son zamanlar qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Kitab müəllifin oxucularla sayca ikinci görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə istedadlı şair Təvəkkül Görüşlünün "Xaraba kəndim" adlı şeirlər kitabı işıq üzü görmüşdü.

Gülnarə ЕћÖHRƏDDİNQIZI,
"Möhtəşəm Azərbaycan"


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: