Ећairə Xuraman Camalqızının yeni kitabı işıq üzü görüb

6-02-2016, 13:15
767

http://s018.radikal.ru/i524/1602/80/c1371b53c820.jpg


Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, "Dirili Qurbani" Ədəbi Məclisinin üzvü, "Qızıl qələm" media mükafatı laureatı, istedadlı şair Xuraman Camalqızının "Ruhuma süzülür pıçıltıların" adlı yeni şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində, 178 səhifə həcmində, 200 tirajla işıq üzü görüb.
Kitabın redaktoru və ön sözün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Qızım Qələm" Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Ећurasının üzvü və DAMM-ın və katibi, "Azad qələm" ədəbi-bədii, ictimai-publisistik qəzetinin və "Ali Ziya" ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-jurnalist Nəcibə İlkindir.
Kitaba müəllifin son zamanlar qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Kitab müəllifin oxucularla sayca ikinci görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə istedadlı şair Xuraman Camalqızının 2007-ci ildə "Elm və təhsil" nəşriyyatı tərəfindən "Durnalar var köçümdə" adlı şeirlər kitabı işıq üzü görmüşdü.

Gülnarə ЕћÖHRƏDDİNQIZI,
"Möhtəşəm Azərbaycan"


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: