"Gül" kitabı işıq üzü görüb

17-04-2016, 11:00
817

http://s010.radikal.ru/i314/1604/5b/d9ae8d02b580.jpg


Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən "aybkitab" layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, "Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Gülnar Səmanın "Gül" kitabı işıq üzü görüb.Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İbrahim İlyaslı, ön sözün müəllifi filologiya elmləri doktoru Vaqif Yusifli, üz qabığının müəllifi Nəvai Metindir.
Kitab müəllifin oxucular ilə sayca üçüncü görüşüdür.Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri daxil edilib.Kitabdakı şeirlər "Dəli sevda" və "Bir dünya" fəsillərinə bölünür. Kitabda Gülnar Səmanın müxtəlif dövrlərdə qələmə aldığı şeirlər cəmlənib.
Qeyd edək ki, layihənin müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Ећurasının sədr müavini, şair-publisist Xəyal Rzadır.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: