Gənc yazar Kənan Aydınoğlunun şeiri "Kardelen" dərgisində çap olunub

29-06-2016, 17:30
689

http://s020.radikal.ru/i704/1606/ab/dd7066082f3e.png


Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən "Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək" layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun Ön Asiyada Türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi, sufi şair Yunus Əmrənin əziz ruhuna sevgi və sayqıyla, hörmət və ehtiramla ithaf etdiyi "Dünyanın güzel şeri Yunus Emreden gelip" şeiri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən "Kardelen" dərgisinin 88 sayında Türkiyə türkcəsində çap olunub.Layihənin rəhnəri və müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist, cənab Rafiq Odaydır.
Ећeiri Türkiyə türkcəsin çevirən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnalist Kamran Murquzovdur.
Qeyd edək ki, bundan öncə şair-jurnalist Kənan Aydınoğlunun "Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib" şeiri Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı "Kümbet" eğitim, kültür, sanat ve edebiyat dergisinin 29 sayısnda dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

Gülnarə ЕћÖHRƏDDİNQIZI,
"Möhtəşəm Azərbaycan" qəzeti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: