Ağstafada taxıl biçini davam edir

4-07-2016, 13:00
412

http://i026.radikal.ru/1607/aa/f6e21d1c6d2e.jpg


Ağstafa rayonunda taxıl biçini kampaniyası uğurla davam edir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 1980 hektar sahədə taxıl biçinini yekunlaşdırıblar.

Rayon kənd təsərrüfatı idarəsinin rəisi İltifat Əliyev AZƏRTAC-a bildirib ki, biçilən sahələrin 480 hektarını buğda, 1500 hektarını isə arpa sahələri təşkil edir. Buğda sahələrində orta məhsuldarlıq 31, arpa sahələrində isə 25,5 sentnerdir.

Ağstafalı fermerlər 10 min 519 hektar sahədə taxıl əkiblər. Taxıl əkilən sahələrin 8686 hektarını buğda, 1833 hektarını isə arpa zəmiləri təşkil edir.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: