Abdulla MƏMMƏD."Tanrım,məni o dünyaya bağışla"

29-07-2016, 17:30
521 dəfə Oxundu.

Abdulla MƏMMƏD."Tanrım,məni o dünyaya bağışla"

http://s017.radikal.ru/i437/1607/9f/2138c16d8a06.jpg

Bu dünyanı talan-saldı düyünə,
Allı-güllü yalan saldı düyünə.
Köçən köçdü,qalan qaldı bu günə,
Tanrım,məni o dünyaya bağışla.

Kimə baxsan-ürək dolu,göz dolu,
İş görəndən vəd verən çox-söz dolu,
Sevinənim,gülənim yox göz dolu,
Tanrım,məni o dünyaya bağışla.

Nə insaf var,nə mürvət var dünyada,
Haqqı danan hərəkət var dünyada,
Daşdan çıxan bərəkət var dünyada,
Tanrım,məni o dünyaya bağışla.

Əsəbini çəkmə belə tarıma,
Ölüm haqdır-Haqqı danıb zarıma!..
Bu dünyada bu üz ki var-qarımaz,
Tanrım,məni o dünyaya bağışla.

Ürəkli yox dayaq olsun birliyə,
Yersiz gəlib divan tutur yerliyə.
Dünya dərdmi,dərdmi dönüb sərgiyə?!
Tanrım,məni o dünyaya bağışla.

Yaxşı nə var-yığışır əl-ayağı,
Məzarlaşır mərd böyüdən qucağı.
Dərd üyüdən dəyirmandır ocağım,
Tanrım,məni o dünyaya bağışla.

Bu dünyanın əzabı bol qəbirdən,
Kəfəni al,mayası tərs xəmirdən,
İkiəlli yapışdığım səbirdən,
Tanrım,məni o dünyaya bağışla!

Azərbaycan.Quba.
16.09.2000.
Ps. 21-23.07.2001-ci ildə "Ekspress" qəzetində çap olunmuşdur.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam