Abdulla MƏMMƏD."Əllərim bulaşır göz yaşlarına"

29-07-2016, 17:40
478 dəfə Oxundu.

Abdulla MƏMMƏD."Əllərim bulaşır göz yaşlarına"

http://s017.radikal.ru/i437/1607/9f/2138c16d8a06.jpg

Dəyişən bir sənsən,bir də ki zaman,
Yer də həmən yerdir,göy də həmən göy.
Sənin bu dünyayla işin olmasın,
Yetər,deyindiyin arxasınca hey!

Bir damla göz yaşın sonda ölən köz,
Dilinlə gor eşmə ürəyim də sən.
Dünən sevincimə şərik olan,qız,
Bu gün kədərinlə ürəyimdəsən.

Əllərim bulaşır göz yaşlarına,
Alın yazısıdır-göz yaşı deyil.
Qucub dizlərini hönkürmə belə,
Dizlərin eşqinə baş daşı deyil.

Azərbaycan.Quba.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam