Sabah hava əsasən yağmursuz keçəcək

29-07-2016, 17:45
342 dəfə Oxundu.

Sabah hava əsasən yağmursuz keçəcək

http://s45.radikal.ru/i108/1607/5e/8b97e35a3686.jpg

Azərbaycanda iyulun 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ећimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-23В° isti, gündüz 27-31В° isti olacaq. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 21-22В°, Buzovna, Mərdəkan, Ећüvəlanda 22-23В°, Türkan, Hövsan, Sahil və Ећıxda 24-25В° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20В° isti, gündüz 30-35В° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Ећuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Ећərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15В° isti, gündüz 16-21В° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ећərq küləyi əsəcək. Gecə 17-22В° isti, gündüz 26-31В° isti olacaq.

Balakən, Zaqatala, Qax, Ећəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ећamaxı, Siyəzən, Ећabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Ећərq küləyi əsəcək. Gecə 14-19В° isti, gündüz 23-28В° isti, dağlarda gecə 8-13В° isti, gündüz 14-19В° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Ећirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ећərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23В° isti, gündüz 28-33В° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23В° isti, gündüz 26-31В° isti, dağlarda gecə 11-16В° isti, gündüz 20-25В° isti olacağı gözlənilir.

Mənbə: http://www.azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam