SOCAR-ın Kompleks Qazma İşləri Tresti yeni quyular qazır

11-08-2016, 11:30
556

http://s009.radikal.ru/i307/1608/04/b6bd03dcb68b.jpg

SOCAR-ın Kompleks Qazma İşləri Tresti "Pirallahı-dəniz", "Səadan" və "Darvin bankası" yataqlarında yeni quyuların qazılmasına başlayıb.

Ећirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Abşeronneft" neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə "Pirallahı-dəniz" yatağında 1150 nömrəli meydançadan qirməki altı lay dəstəsinə qazılan 1155 nömrəli quyunun layihə dərinliyi 770 metr, "Darvin bankası" yatağında 720 nömrəli meydançadan qirməki altı lay dəstəsinə qazılan 767 nömrəli quyunun layihə dərinliyi isə 1490 metrdir. Bundan başqa, "Siyəzənneft" NQÇİ-nin sifarişi ilə "Səadan" yatağında 1796 nömrəli quyuda da qazma işlərinə start verilib. Qovundağ Maykop lay dəstəsinə qazılan həmin quyunun layihə dərinliyi 1300 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: