Azərbaycan mühəndislik idarəetməsi mövzusunda beynəlxalq konfransa ev sahibliyi edəcək

22-08-2016, 02:00
239

http://s013.radikal.ru/i325/1608/9d/79acd7354167.jpg


"İdarəetmə elmi və mühəndislik idarəetməsi" ("ICMSEM 2016") mövzusunda beynəlxalq konfrans bu il Azərbaycanda keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək X konfransda əsasən inkişaf etmiş ölkələrdən (ABЕћ, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya, İspaniya, Türkiyə, Portuqaliya və s.) akademik səviyyədə təmsilçilik nəzərdə tutulur.

Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.

"İdarəetmə elmi və mühəndislik idarəetməsi" beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Builki konfransa MDB məkanında ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: