Azərbaycan indiyədək AÇG-dən 224 milyon ton mənfəət nefti əldə edib

22-08-2016, 13:30
254

http://s020.radikal.ru/i707/1608/74/8006205a266a.jpg


Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-dərinsulu Günəşli" (AÇG) neft-qaz yatağından işləmənin əvvəlindən indiyədək ümumilikdə 404,1 milyon ton neft və 123 milyard kubmetr təbii qaz hasil olunub. Yataqlar blokundan aylıq neft hasilatı 2,8 milyon ton, təbii qaz hasilatı isə 1,1 milyard kubmetr təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib. O bildirib ki, həmin həcmin 224 milyon tonu Azərbaycanın payına düşən mənfəət neftidir.

"Mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60 faizə çatacaq. Həmçinin indiyədək Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə 300 milyon ton neft nəql olunub", - deyə X.Yusifzadə əlavə edib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: