Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında statistik məlumat açıqlanıb

29-08-2016, 11:00
442

http://s015.radikal.ru/i331/1608/31/43daa44336cd.jpg


2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41 min 736 yer ayrılıb. Müsabiqədə iştirak edən abituriyentlərdən 34 min 771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 12 min 315 nəfər dövlət sifarişi əsasında, 22 min 456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83,31 faiz dolub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox dolub.

Ayrı-ayrı ali təhsil müəssisələri üzrə plan yerləri və qəbul olan bakalavrların sayı haqqında məlumatlarla http://www.tqdk.gov.az/news/bachelor/2562/ linkində tanış olmaq mümkündür.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: