Vüsal YURDOДћLU."Daha yoxdur bizim kimi sevənlər..."

31-08-2016, 13:00
455

http://s016.radikal.ru/i334/1605/8d/690abaa20e20.jpg


Mən səninlə var olandan çox keçib,
O varlıqdan, birgəlikdən yox əsər.
İllər ilə ürəyimdən ah kəçib,
Daha yoxdur bizim kimi sevənlər...

Daha yoxdur sənin kimi can deyən,
Mənim kimi yoxdur canın incidən.
Dövrandamı, yoxsa bizdə günahlar?!
Daha yoxdur bizim kimi sevənlər...

Təsirsizdir hər oxunan nəğmə də,
Sən də, mən də, ölüb artıq sevgi də...
Necə dözüm bu dərdə, bu möhnətə?
Daşa dönsün səni yada verənlər!

Ayırdılar, ayırdılar canımdan,
Sən mənimdin, indi özgə candasan.
Allah bilir, mən bilmirəm, hardasan?!
Xəbər versin xəbərini bilənlər!

Soraqlamaq çətin deyil, soruşdum,
Yerin-yurdun bilən oldu, olmadı,
Çəkə-çəkə hicranına alışdım,
Daha olmaz mənim kimi çəkənlər...

Qismətimdə bir uğursuz məhəbbət...
O xoşbəxtlik, dilədiyim səadət,
Sənlə birgə çıxıb getdi, dönmədi...,
Daha yoxdur bizi birgə görənlər...

Sən gedəndə solmuş üzüm həminki,
Elə yaşlı qalan gözüm həminki.
Tənha qalmış bu Yurdoğlu deyir ki,
Daha olmaz bizim kimi sevənlər!

Gecələrin qaranlığı tükənməz,
Dərdin üzər məni, axı öldürməz.
Yoxluğuna bunca zaman dözülməz,
Daha yoxdur Məcnun kimi ölənlər!

Övladının olduğunu eşitdim...
Olsun, sənin hər saatın xoş olsun!
Bu gün bildim,- məni sevdin, nə olsun?
Qovuşmayır qarşılıqlı sevənlər!

2014.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: