"British Airways"ın reysləri sistemdə yaranan nasazlıq səbəbindən gecikir

6-09-2016, 14:00
341

http://s018.radikal.ru/i523/1609/fc/ca2d8daf8146.jpg


ABЕћ və Meksikasının bir neçə aeroportunda "British Airways" aviakompaniyasının onlarla reysi gecikib. Sərnişinlərin qeydiyyatı sistemində baş verən nasazlıq gediş və gəliş qrafikində qarışıqlığa səbəb olub. Aeroportlarda sərnişinlərin uzun növbələri yaranıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, yaranan problemlərin və kompyuter nasazlığının aradan qaldırılması cəhdləri barədə kompaniya sərnişinlərə məktub göndərib. Bununla yanaşı, sistemin nə vaxt işə düşəcəyi barədə məlumat verilməyib.

İlkin məlumata əsasən, "British Airways" aviakompaniyasına məxsus təyyarələrin uçuşundakı problemlər San-Fransisko, Vaşinqton, Atlanta, Sietl və Mexiko aeroportlarında qeydə alınıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: