Ећair-publisist Nəcibə İlkinin "Könlüm nağıl istəyir" adlı yeni kitabı işıq üzü görüb

15-09-2016, 17:30
774

 http://i026.radikal.ru/1609/c1/3a8af31d3fbb.png


Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, "Azad qələm" qəzetinin və "Ali Ziya" jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkinin "Könlüm nağıl istəyir" adlı yeni şeirlər kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən "Adiloğlu" nəşriyyatı tərəfindən 104 səhifə həcmində 300 tirajla işıq üzü görüb.Kitabın redaktoru Xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qocadır.
Kitabda müəllifin son illər qələmə aldığı bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri toplanıb.Kitab müəllifin oxucularla sayca altıncı görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Ədəbiyyatsevərlərin, poeziya həvəskarlarının rəğbətini qazanacağına ümid edirik.

Gülnarə ЕћÖHRƏDDİNQIZI,
"Möhtəşəm Azərbaycan" qəzeti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: