Sumqayıtda Ећəhər Mədəniyyət Evində 18 sentyabr Milli Musiqi qünü və dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi münasibətilə "Üzeyir ömrü" adlı tədbir keçirilib

19-09-2016, 16:45
684

http://s017.radikal.ru/i438/1609/65/a760816d30ca.jpg


Sumqayıtda Ећəhər Mədəniyyət Evində 18 sentyabr Milli Musiqi qünü və dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi münasibətilə "Üzeyir ömrü" adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanan tədbirdə Üzeyir bəyin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Daha sonra mədəniyyət evinin "Xəyal" instrumental ansamblının (bədii rəhbəri Allahverdi Xəyal, konsertmester Rasim Hüseynov) solistləri Mehdi Yusifzadə, Fidan Nağıyeva, Ећahin Qədirsoy, özfəaliyyət kollektivinin üzvü Kamil Ağazadənin ifasında bəstəkarın romansları dinlənilib.
Meyxanaçı Ədalət Dağlının ifasında Üzəyir Hacıbəyovun xatirəsinə həsr edilmiş meyxana və özfəaliyyət kollektivi üzvlərinin ifasında ədibin "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komedyaları əsasında hazırlanmış səhnələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən bəstəkarın həyat və yaradıcılığını əhatə edən kitablar və dövrü mətbuat materiallarından ibarət sərgi nümayiş edilib.
Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə də dahi bəstəkarın həyatı və yaradıcılığı haqqında məlumat verilib, opera, operettaları və digər əsərlərindən ibarət geniş konsert proqramı təqdim edilib.
Xanəndələrin ifasında teatrlaşdırılmış səhnə dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: