Azərbaycan aşıqları Qarsda keçiriləcək mədəniyyət festivalında iştirak edəcəklər

19-09-2016, 17:15
698

http://s011.radikal.ru/i316/1609/f6/573e500b73a2.jpg


Sentyabrın 24-25-də Türkiyənin Qars şəhərində Dünya Qarapapaq Türkləri Birliyinin – KARPAT-ın təşkilatçılığı ilə Türk Dünyası Mədəniyyət Festivalı keçiriləcək. Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin (AAB) nümayəndələri iştirak edəcəklər.

Qurumun katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, festivala dünyanın bir çox ölkələrində yaşayan qarapapaq türklərinin tanınmış elm və sənət adamları qatılacaq.

Bu möhtəşəm tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı, qurumun katibi Musa Nəbioğlu və Əməkdar Mədəniyyət İşçisi, aşıq Gülarə Azaflının rəhbərlik etdiyi "Çeşmə" qrupu təmsil olunacaq. Tədbirdə "Çeşmə" qrupu xüsusi repertuarla çıxış edəcək.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: