"Qadın hərbi qulluqçular və milli-mənəvi dəyərlərimiz" mövzusunda seminar-müşavirə keçirilib

23-09-2016, 09:00
257

http://s020.radikal.ru/i720/1609/9b/d90f6735559c.jpg


http://s45.radikal.ru/i108/1609/fe/3715dbb1f45f.jpg


Müdafiə nazirinin tapşırığına əsasən Ећəmkir şəhərindəki "N" saylı hərbi hissədə "Qadın hərbi qulluqçular və milli-mənəvi dəyərlərimiz" mövzusunda seminar-müşavirə keçirilib.
General-mayor Xəqani Cəbrayılov giriş nitqi söyləyərək bildirib ki, bu yaxınlarda dövlət müstəqilliyinin 25 illik yubleyini təntənə ilə qeyd edəcək ölkəmiz tərəqqi və inkişaf yolunda inamla irəliləyir. İqtisadi, siyasi, mədəni həyatımızın bütün istiqamətlərində, eləcə də ordu quruculuğu sahəsində uğurlu addımlar atılır. Ölkəmizdə qadınlar da kişilərlə bir sırada Vətənimizin daha da çiçəklənməsi, müdafiə qüdrətinin möhkəmlənməsi naminə səylərini əsirgəmirlər.
Bu gün Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərində, birlik, birləşmə hərbi hissələrində, xüsusi təyinatlı təhsil müəssələrində yüzlərlə qadın hərbi qulluqçu Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edir, vəzifə borclarını şərəflə yerinə yetirir. Onların xidməti üçün ən müasir şərait yaradılıb və qadın hərbi qulluqçularının da xidmətləri həmişə yüksək qiymətləndirilir.
Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda neçə-neçə qadın hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, döyüş orden və medallarına layiq görülüb. Qadınlar bu gün də hərbi peşələrə böyük maraq göstərərək Silahlı Qüvvələrdə xidmət etmək istəyirlər.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani mövzu ətrafında geniş məruzə ilə çıxış edrək tarixin bütün mərhələlərində Azərbaycan qadınlarının fədakarlıq və qəhrəmanlığını xatırladıb. Onların həyat yoldaşları, ata və qardaşları ilə bir səngərdə yadelli qəsbkarlara qarşı mübarizələrdə göstərdikləri şəxsi rəşadət və sücaət nümunələri örnək olaraq təqdim edilib.
Azərbaycan qadınlarının Böyük Vətən muharibəsi illərində, eləcə də Qarabağ müharibəsinin başlandığı ilk günlərdən könüllü olaraq Vətənin müdafiəsinə qalxdıqları qeyd olunub.
Nəzərə çatdırılıb ki, milli-mənəvi dəyərlərə malik olmadan əsil vətənpərvər döyüşçü olmaq qeyri-mümkündür. Odur ki, hər bir qadın hərbi qulluqçu da milli-mənəvi dəyərlərimizi dərindən öyrənməli, bu dəyərlər əsasında formalaşmalı, milli ruhda tərbiyə olunmalı və milli adət-ənənələrimizə sadiq olmalıdır. Məhz keçirilən seminar-müşavirə də bu məqsədi daşıyır.
Hərbi hissənin zabiti polkovnik-leytenant Rasim Manafov qadın hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, onların əxlaqi və hüquqi tərbiyəsi səhəsində görülən məqsədyönlü tədbirlərdən danışaraq bu işin prioritet olduğunu qeyd edib. Qadın hərbi qulluqçuların bundan sonrakı fəaliyyətlərində daha nələrə geniş yer ayıracaqlarının, hərbi nizam-intizamın möhkəmləndirilməsində daha fəal iştirak edəcəklərinin, peşəkarlıqlarını artıracaqlarının yeni istiqamətlərini göstərib.
Böyük Vətən muharibəsində hər iki gözünü itirmiş yaralı əsgərə arxa-dayaq olaraq onu uzaq Çexoslovakiyadan Azərbaycana gətirmiş çex qızı Erikanın fədakarlıq, insansevərlik və xeyirxahlıq nümunəsini tərənnüm edən "Səhra gülü" sənədli filminə baxışdan sonra seminar-müşavirə iştirakçılarından gizir Səadət Səfərova, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından çavuş Elnurə Mustafayeva, kiçik çavuş Ülviyyə Pənahova, əsgərlərdən Sevda Məmmədova, Elmira Məsimova, Aynurə Kazımova və başqaları çıxış edərək fikir, təklif və arzularını bildiriblər.
Qadın hərbi qulluqçular seminar-müşavirədən xoş təəssüratlarla ayrılaraq xidmət etdikləri hərbi hissələrə yollanıblar.

Mənbə: http://www.mod.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: