Dövlət Gömrük Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib

23-09-2016, 16:00
465

http://s019.radikal.ru/i600/1609/d3/7f79a69a66ee.jpg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq sentyabrın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən və Ећəmkir rayonlarından olan vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: