İqtisadiyyat naziri Ећəmkirdə vətəndaşları qəbul edib

23-09-2016, 16:30
319

http://s020.radikal.ru/i704/1609/16/b625a60c7dcc.jpg


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə hərtərəfli şəkildə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları İqtisadiyyat Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, onların müraciətləri dinlənilir.

Sentyabrın 23-də iqtisadiyyat naziri Ећahin Mustafayev Ећəmkirdə Tovuz, Gədəbəy və Ећəmkir rayonlarından olan vətəndaşları qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Ећahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehlakçı hüquqlarının qorunması, region üçün ənənəvi istehsal və emal müəssisələrinin yaradılması, ixraca dəstək, kənd yollarının tikintisi, yun istehsalı və satışının dəstəklənməsi, beynəlxalq maliyyə institutundan alınmış kreditin restruktizasiyasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, quşçuluq, taxılçılıq, tərəvəzçilik, istixana təsərrüfatının yaradılması, tikinti materiallarının istehsalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlardan razılıqlarını ifadə ediblər.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Ећahin Mustafayev tərəfindən qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: