Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri AMEA-da olublar

23-09-2016, 16:45
427

http://s018.radikal.ru/i519/1609/98/c9b40d16e6c3.jpg


Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin birinci kurs tələbələrinin bir qrupu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tələbələr institutun laboratoriyalarını gəzib, alimlərlə söhbət ediblər. Onlar akademik Y.H.Məmmədəliyevin momerial muzeyi ilə də tanış olublar.

Sonra tələbələr institutun direktoru akademik Vaqif Abbasov ilə görüşüblər. Tələbələrin istək və arzuları dinlənilib, onlara tövsiyələr verilib.

Görüşdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili, kimya elmləri doktoru, professor Elmira Süleymanova da iştirak edib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: