Son dəqiqə:

24 SENTYABR

24-09-2016, 08:00
193

http://s14.radikal.ru/i187/1607/09/8ad5b5a36af4.jpg

1936-cı il. Bədii qiraət ustası, aktrisa, Xalq Artisti Əminə Yusif qızının doğum günü. Məktəb yaşlarında Gənc Tamaşaçılar Teatrında çıxış edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (1964-1974) işləyib. Sonralar "Azərbaycanfilm" kinostudiyasında dublyaj, səsləndirmə sahəsində fəaliyyət göstərib. "Ећərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib. Prezident İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən Əminə Yusif qızı Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Ећöhrət" ordeni ilə təltif edilib.

1993-cü il. Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunub. Azərbaycan qurumun sahəvi əməkdaşlıq orqanlarından 30-da, digər orqanların isə 11-də iştirak edir. MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığı davam etdirən Azərbaycan bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

2008-ci il. Bakıda Dünya Gənclərinin 4-cü Məşğulluq Sammiti keçirilib. Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən sammitin məqsədi gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal iş aparılması olub.

2014-cü il. Bakıda "İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbirdə 30-dan çox dövlət, Avropa Ећurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya Əleyhinə Beynəlxalq Akademiya və bir sıra xarici QHT-ləri təmsil edən 50-dək nümayəndə iştirak edib. Konfransın işi AZƏRTAC-ın saytı ilə canlı yayımlanıb.

1999-cu il. Londonda Beyker Stritdə Ећerlok Holmsun abidəsi açılıb. İngilis yazıçısı Artur Konan Doylun yaratdığı bu personaj haqlı olaraq detektiv janrının klassiki hesab edilir.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: