Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri filarmoniyada çıxış edəcəklər

24-09-2016, 13:00
556

http://s018.radikal.ru/i514/1609/ce/89a944bd1473.jpg


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da keçiriləcək musiqili gecə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə baş tutacaq. Orkestrin bədii rəhbəri və dirijoru Xalq Artisti Teymur Göyçayevdir.

Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan və Avropa klassik musiqisi səsləndiriləcək.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: