Son dəqiqə:

İngiltərə 2024-cü il Avropa çempionatına ev sahibliyinə namizədlikdən imtina edib

25-09-2016, 09:00
318

http://s008.radikal.ru/i303/1609/9b/eb1671fb843c.jpg


İngiltərə Futbol Assosiasiyasının sədri Qreq Klark ölkəsinin 2024-cü il Avropa çempionatına ev sahiblik etmək iddiasından əl çəkdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, buna səbəb 2020-ci il Avropa çempionatının yarımfinal və final oyunlarının Londonda keçirilməsidir.

"2020-ci ildən 4 il sonra yenidən Avropa çempionatını keçirmək istəyi düzgün çıxmaz. 2018-ci il dünya çempionatının namizədliyi mübarizəsi bizə 23 milyon dollara başa gəldi. Bu böyük məbləğdir", — deyə Qreq Klark bildirib.

Xatırladaq ki, ötən il yayılan məlumata görə, İngiltərə 2024-cü il Avropa çempionatında Almaniyanın namizədliyini dəstəkləyəcək. Almanlar isə 2028-ci il dünya çempionatı zamanı İngiltərəyə dəstək olacaq.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: