İlham Əliyev AЕћPA-nın Referendumu Dəyərləndirmə Missiyası nümayəndə heyətini qəbul edib

26-09-2016, 08:00
401

http://s017.radikal.ru/i415/1609/fa/b054c4281e7f.jpg


Prezident İlham Əliyev sentyabrın 25-də Aleksandr Nikoloskinin rəhbərlik etdiyi və AЕћPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Ећennak və Sezar Florin Predanın daxil olduqları Avropa Ећurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək referendumla bağlı Azərbaycan hökumətinin maksimum şəffaflığın təmin edilməsi üçün işlər gördüyünü bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək və bunun üçün bütün tədbirlər görülüb. Dövlətimizin başçısı Avropa Ећurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının ölkəmizə böyük nümayəndə heyəti ilə səfər etməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın Avropa Ећurasının çox fəal üzvü olduğunu, 15 ildən artıq müddətdə bu təşkilatla tarixi əməkdaşlıq həyata keçirdiyini məmnunluqla qeyd etdi. Azərbaycan Prezidenti bildirdi ki, bu illər ölkəmiz üçün inkişaf, müasirlik və transformasiya baxımından əhəmiyyətli illər olub. Prezident İlham Əliyev ölkəmizin Avropa təsisatları ilə müxtəlif formatlarda sıx əməkdaşlıq etdiyini vurğuladı.

Avropa Ећurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının rəhbəri Aleksandr Nikoloski başçılıq etdiyi nümayəndə heyətinə müxtəlif siyasi qrupların daxil olduğunu dedi. Aleksandr Nikoloski referendumu müşahidə etmələri üçün yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə, Azərbaycan parlamentinə minnətdarlığını bildirdi. O, referendumun keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını dedi və qeyd etdi ki, Azərbaycan Avropa Ећurası üçün çox önəmli ölkədir.

Görüşdə Azərbaycanla Avropa Ећurası Parlament Assambleyası arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: