İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Ећurasının sədr müavinini qəbul edib

26-09-2016, 08:30
407

http://s008.radikal.ru/i303/1609/2a/29caddf63c22.jpg


Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Ећurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri İlyas Umaxanovu qəbul edib.

İlyas Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Ећurasını və Dövlət Dumasını, eləcə də altı ölkəni təmsil edən nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğuladı. İlyas Umaxanov başçılıq etdiyi missiyanın Azərbaycanın müxtəlif regionlarında müşahidələr aparacağını dedi. O, referendumun yüksək standartlara uyğun şəkildə təşkil olunmasından məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Ећurasının sədr müavini İlyas Umaxanovun rəhbərliyi ilə MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının ölkəmizə səfərinin önəmini vurğuladı. Dövlətimizin başçısı referendumun şəffaf keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını bildirdi.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: