Cəzaçəkmə müəssisələrində məhkumların səs vermələri üçün hər cür şərait yaradılıb

26-09-2016, 13:30
386

http://s56.radikal.ru/i154/1609/4c/b2b91d8a2bce.jpg


Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə sentyabrın 26-da keçirilən referendumla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində yaradılan seçki məntələqələrində səsvermə prosesi şəffaf və ədalətli qaydada keçirilir.

AZƏRTAC xəbər verir ki, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında 14 dairə seçki komissiyası üzrə 26 seçki məntəqəsi yaradılıb.

14 saylı Xəzər dairə seçki komissiyasının Penitensiar Xidmətin 2, 9, və 17 saylı cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən 37, 38, 41 saylı seçki məntəqələrində səsvermə hüququ olan məhkumlar səs veriblər. Bu məntəqələrdə məhkumların səs vermələri üçün hər cür şərait yaradılıb.

Referendumda ruh yüksəkliyi ilə iştirak edən məhkumlar bildiriblər ki, səsvermə azad, şəffaf və demokratik şəraitdə keçir.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: