Mətbuat Ећurasının "qaynar xətti"nə indiyədək jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb

26-09-2016, 14:00
336

http://s019.radikal.ru/i629/1609/fb/a7c1f298cead.jpg


Saat 12:00-dək Azərbaycan Mətbuat Ећurasının referendumla bağlı yaratdığı "qaynar xətt"ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb. Bu barədə AZƏRTAC-a Ећuradan məlumat verilib.

Paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Ећuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.

Qeyd edək ki, Mətbuat Ећurasının şəhər (012 441 35 30) və mobil (055 201 99 26) telefon nömrələri saat 8.00-dan 19.00-dək "qaynar xətt" rejimində fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: