Goranboy-Naftalan seçki dairəsi üzrə 7 məntəqədə veb-kamera quraşdırılıb

26-09-2016, 15:30
465

http://s019.radikal.ru/i639/1609/da/98999acc2f6f.jpg


Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsində 96 saylı Goranboy-Naftalan seçki dairəsində səhər saatlarından etibarən seçicilərin fəallığı müşahidə olunur.

Dairə seçki komissiyasının sədri Arif Abbasov AZƏRTAC-a bildirib ki, dairə üzrə 49 məntəqə fəaliyyət göstərir. Onlardan da 3-ü "N" saylı hərbi hissənin əsgər və zabit heyəti, 1 məntəqə isə cəzaçəkmə müəssisəsinin sakinləri üçün nəzərdə tutulub.

Bildirilib ki, məntəqələr üzrə 40 min 434 nəfər səsvermə hüququ olan vətəndaş qeydiyyata alınıb. Seçicilərdən 453 nəfəri bu gün ilk dəfə səs vermək hüququ əldə edib. Ümumxalq səsverməsinin gedişini, ümumilikdə, 495 nəfər müşahidəçi izləyir. Referendumda şəffaflığı təmin etmək üçün 7 məntəqədə veb-kamera quraşdırılıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: