Fransadakı səfirliyimizdə yaradılan məntəqədə səsvermə azad və şəffaf şəraitdə keçib

27-09-2016, 03:00
193

http://s017.radikal.ru/i406/1609/b1/c777e40c2995.jpg


Referendumla əlaqədar Fransadakı səfirliyimizdə yaradılan məntəqədə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub.

Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və digər müvafiq qanunvericilik aktlarına uyğun keçirilən ümumxalq səsverməsi yüksək seçici fəallığı ilə başa çatıb.

Xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması məqsədilə Fransada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 38 nömrəli seçki məntəqəsi fəaliyyət göstərib.

Səsvermənin azad və şəffaf keçirilməsi üçün zəruri olan bütün şərait yaradılıb.

Məntəqə seçki komissiyası səsvermə günü müxtəlif səbəblərə görə qısamüddətli səfər zamanı Fransada olan və müvafiq dairə komissiyasından qeydiyyatdan çıxma vəsiqəsi almış vətəndaşlarımızın da ümumxalq səsverməsində iştirakını təmin edib. Komissiyaya hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: