Bakıda "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi açılıb

28-09-2016, 01:00
409

http://s020.radikal.ru/i715/1609/d3/0536c6185fce.png


Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi açılıb.
Mərasimdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, bir neçə ölkənin müdafiə naziri və müxtəlif ölkələrin nazirliklərinin təmsilçiləri iştirak edirlər.
Tədbirdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxudu.

Hörmətli sərgi iştirakçıları!
Sizi "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin açılışı münasibətilə ölkəmizin paytaxtı Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Qloballaşma prosesinin geniş vüsət aldığı daim dəyişən dünyamızda dövlətlər intensiv şəkildə təhlükəsizlik çağırışları ilə üzləşirlər. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında hərbi-texniki əməkdaşlıq, müasir texnologiyaların və təhlükəsizlik vasitələrinin mübadiləsi məsələlərinin aktuallığı durmadan artmaqdadır.
Ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təcavüz və terrorizmin nəticəsi olaraq, Azərbaycan dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Qəbul edilmiş Hərbi Doktrina beynəlxalq müstəvidə ümumbəşəri prinsip və normaları rəhbər tutan Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirmişdir. Azərbaycan hazırda regionda ən böyük hərbi potensialı olan ölkədir. Bölgədə ilk mötəbər beynəlxalq müdafiə sərgisi də məhz Bakı şəhərində keçirilmişdir.
İnanıram ki, iştirakçısı olduğunuz sərgi hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu məkan kimi müasir təhlükəsizlik çağırışlarına cavab verən yeni yanaşmalara, xüsusilə müdafiə sənayesi sahəsində mühüm təşəbbüslərə yol açacaq və yeni imkanlar üzə çıxaracaqdır. Hər birinizə gələcək işlərinizdə uğurlar, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 sentyabr 2016-cı il.

Müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək ölkəmizdə və regionda ikinci dəfə keçirilən Azərbaycan beynəlxalq müdafiə sərgisi - "ADEX 2016"nın açılması münasibətilə nümayəndə heyətlərini, şirkətlərin təmsilçilərini və ziyarətçiləri təbrik etdi.
Artıq ölkəmizdə müasir texnologiyalara əsaslanan müdafiə sənayesi müəssisələrinin fəaliyyətə başladığını deyən Y.Camalov bildirib ki, Azərbaycanın hərbi qüdrəti durmadan artır.
Ölkəmizin müdafiə sənayesinin uğurla inkişaf etdiyini xüsusi vurğulayan nazir diqqətə çatdırıb ki, son illərdə müdafiə sənayesi müəssisələri tərəfindən buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb.
Nazir deyib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bir çox sərgilərin iştirakçısı olub. Nazirlik bu sərgilərlə və bazara çıxardığı məhsullarla özünü təsdiqləyib. Nazirliyin müəssisələrində istehsal olunan və sayı artan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir.
Qeyd edilib ki, bu sərgi ikinci dəfə keçirilsə də, artıq regionun ən genişmiqyaslı sərgisinə çevrilib. "ADEX-2016"da 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur."ADEX 2016" sərgisi iştirakçılar arasında yeni əməkdaşlıq sahələrini müəyyən edəcək.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər. Ећirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.
"ADEX 2016" sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar da nümayiş etdirilir. Nazirlik "ADEX-2016" sərgisinə 260 addan çox müdafiə təyinatlı məmulat çıxarıb. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnika, eləcə də silah-sursat nümunələrini nümayiş etdirir.
Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı nəzərdə tutulur.
Sentyabrın 30-dək davam edəcək sərgi çərçivəsində seminar, təqdimat, ikitərəfli görüşlər də keçiriləcək.

Mənbə: http://www.mod.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: