Son dəqiqə:

Rusiya Federasiyasının hərbi gəmisi Bakıya səfərə gəlib

28-09-2016, 03:30
294

http://s019.radikal.ru/i622/1609/02/3789ae5611cd.jpg


Sentyabrın 27-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə "Uqliç" kiçik raket gəmisinin Bakıya səfəri başlayıb.
Rusiyanın nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra nümayəndə heyəti Ећəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Ziyarətdən sonra kontr-admiral Sergey Pinçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə ilə görüşüb.
Sentyabrın 30-dək davam edəcək səfər çərçivəsində Rusiya nümayəndə heyətinin bir sıra görüşləri, eləcə də "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.

***
Russian warship arrived in Baku
On September 27, small rocket ship "Uglich" began its visit to Baku under the leadership of the commander of the Caspian Flotilla, Rear Admiral Sergey Pinchuk.
First, the Russian delegation paid tribute and laid a wreath at the tomb of national leader, founder and architect of our modern sovereign state Heydar Aliyev at the Alley of Honor.
The delegation also paid tribute and laid flowers at the grave of prominent ophthalmologist scientist, academician Zarifa Alieva.
The delegation visited the Alley of Martyrs, paid tribute to the heroic sons of our country, who sacrificed their lives for independence and territorial integrity of Azerbaijan, laid wreaths and flowers to their graves and the monument "Eternal Flame".
Then the delegation headed by Rear Admiral Sergey Pinchuk met with the Acting Commander of the Naval Forces of the Republic of Azerbaijan Captain 1st rank Hijran Rustamzadeh.
During the visit, which will last until September 30th, the Russian delegation will have a series of meetings as well as a visit to the Second Azerbaijan International Defense Exhibition "ADEX-2016".

***
Военный корабль Российской Федерации прибыл с визитом в Баку
27 сентября под руководством командующего Каспийской флотилии, контр-адмирала Сергея Пинчука, начался визит малого ракетного корабля "Углич" в Баку.
Сначала российская делегация на Аллее почетного захоронения почтила память и возложила венки к могиле общенационального лидера, архитектора и созидателя нашего современного суверенного государства Гейдара Алиева.
Делегация также почтила память и возложила цветы к могиле выдающегося ученого офтальмолога, академика Зарифы ханум Алиевой.
Делегация посетила Аллею шехидов, почтила память наших героических сынов Родины, отдавших жизнь за независимость и территориальную целостность Азербайджана, возложили венки и цветы к их могилам и памятнику "Вечный огонь".
Затем делегация во главе с контр-адмиралом Сергеем Пинчуком встретилась с исполняющим обязанности командующего Военно-Морскими Силами Азербайджанской Республики, капитаном 1-го ранга Хиджраном Рустамзаде.
В рамках визита, который будет продолжаться до 30-го сентября, предусмотрены ряд встреч российской делегации, а также посещение Второй Азербайджанской международной оборонной выставки "ADEX-2016".

Mənbə: http://www.mod.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: