Azərbaycan aşıqları Türkiyədə simpoziumda iştirak ediblər

28-09-2016, 13:30
455

http://s020.radikal.ru/i716/1609/a6/d9cba1e94c54.jpg


Türkiyənin Qars şəhərində Dünya Qarapapaq Türkləri Birliyinin təşkilatçılığı ilə "Türk dünyası aşıqlıq sənəti" simpoziumu və mədəniyyət şənliyi keçirilib. Bu möhtəşəm tədbirə Azərbaycan Aşıqlar Birliyinin (AAB) təmsilçiləri də qatılıb.

Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, tədbirdə AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərliyi ilə "Çeşmə" folklor qrupu və Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva da iştirak ediblər.

Azərbaycan, Gürcüstan, İran, Özbəkistan, Qazaxıstan və digər dövlətlərdən elm və sənət adamlarının, aşıqların, şairlərin, folklor və rəqs qruplarının qatıldığı bu möhtəşəm tədbir Qars qalasının yanından yürüşlə başlayıb.

Tədbirin rəsmi açılışında Dünya Qarapapaq Türkləri Birliyinin rəhbəri Seyfullah Türksoy keçirilən simpozium və şənliyin məramı və məqsədi barədə məlumat verib.

AAB-nin sədri, professor M.Qasımlı simpoziumda "Borçalı Qarapapaq aşıqlıq ənənəsi: dünəni və bu günü" mövzusunda elmi məruzə ilə çıxış edib.

Üç gün davam edən tədbirdə elmi məruzələrlə yanaşı, iştirakçı ölkələri təmsil edən aşıqların ifaları dinlənilib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: