Ağdamın "Qarabağ" klubu səfərdə İtaliyanın "Fiorentina" komandasının qonağı olacaq

29-09-2016, 12:00
357

http://s017.radikal.ru/i440/1609/2c/156d94cd6c0a.jpg


Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Ağdamın "Qarabağ" klubu səfərdə İtaliyanın "Fiorentina" komandasının qonağı olacaq.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matç Florensiya şəhərindəki "Artemio Françi" stadionunda keçiriləcək.

Qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Oliver Draxta, yan xətt hakimləri isə Roland Bradner və Stefan Kührdür. Əlavə köməkçi hakimlər isə Manuel Ећüttengruber və Dieter Mukenhammerdir. Roland Riedel isə bu matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Hakimlərin işinə kiprli Mixael Arqriu qiymət verəcək, UEFA nümayəndəsi isə ispaniyalı Eduard Dervişay olacaq.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: