İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində veteran vəsiqəsi və statusu ala bilməyən keçmiş döyüşçülərə hüquqi yardım göstərilməsi və maarifləndirilməsi məqsədi ilə geniş tədbir keçirilib

30-09-2016, 11:30
0
Жалоба

http://s019.radikal.ru/i629/1609/5f/1feac4762e13.jpg


http://s020.radikal.ru/i707/1609/ab/c6a5642a59cf.jpg


29 sentyabr 2016-cı il tarixində İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Ећurasının dəstəyi ilə veteran vəsiqəsi və statusu ala bilməyən keçmiş döyüşçülərə hüquqi yardım göstərilməsi və maarifləndirilməsi məqsədi ilə geniş tədbir keçirmişdir. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdulrəhmanov, RİH başçısının müavinləri Rövşən Ağayev və Sevil Əhmədova, aidiyyəti idarə rəhbərləri və veteranlar iştirak etmişdir.
Tədbiri RİH başçısının birinci müavini Rövşən Ağayev açaraq Vətən Müharibəsi Veteranlarının cəmiyyətimiz üçün dəyərli olduğunu bildirdi, onlara aid olan imtiyazlar barədə məlumat verdi və dövlətimiz tərəfindən veteranlara göstərilən qayğı və münasibətdən danışdı.
Sonra Azərbaycan Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdulrəhmanov çıxış edərək təşkilatın gördüyü işlər və məqsədləri barədə ümumi məlumat verdi. Tədbirdə iştirak edən veteran vəsiqəsi və statusu ala bilməyən veteranların hər birinə müvafiq izahat verildi.

Elnarə GÜNƏЕћ,
Gündəlik Analitik İnformasiya Agentliyinin xüsusi müxbiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
İsmayıllı rayonu


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация