Rusiya Dövlət Ermitajında erməni alimlərinin tarixi saxtalaşdırmağa yönəlmiş çıxışlarının qarşısı alınıb

30-09-2016, 12:30
0
Жалоба

http://s018.radikal.ru/i522/1609/41/10eb03dd2f8d.jpg


Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin müraciəti əsasında Rusiya Dövlət Ermitajında erməni alimlərinin qərəzli müzakirə mövzusu konfransın gündəliyindən çıxarılıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 26-29-da Rusiya Federasiyasının Dövlət Ermitajında şərq numizmatikasına (ICON II) həsr olunmuş ikinci beynəlxalq konfrans keçirilib. Konfransın sentyabrın 29-na nəzərdə tutulan iclasında erməni alimi A.Akopyan (Moskva) və P.Petrovun (Kazan) "Ећərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi" mövzusunda məruzələrinin dinlənilməsi nəzərdə tutulmuşdu.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlıları məlumatlandırıb, burada fəaliyyət göstərən "Naxçıvan cəmiyyəti"nin üzvləri və AMEA Naxçıvan Bölməsinin alim və tədqiqatçıları "Ећərq numizmatikası üzrə "İCON" 2-ci Beynəlxalq Konfrans"ın Təşkilat Komitəsinə məktub göndərərək qərəzli yanaşmaya kəskin etirazlarını bildirib, "Ећərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi" adlı məruzənin konfransın gündəliyindən çıxarılmasını tələb ediblər.

Etiraz məktublarında qədim Azərbaycan torpaqlarının "Ећərqi Ermənistan" kimi qələmə verilməsinin elmi və tarixilik baxımından kobud səhv olduğu, ermənilərin Azərbaycan torpaqlarına, xüsusilə adları qeyd olunan xanlıqların ərazisinə 1828-ci il tarixli Türkmənçay müqaviləsindən sonra köçürüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, 1747-1828-ci illərdə Nadir şah imperiyasının süqutundan sonra Azərbaycan ərazilərində 21 xanlıq yaranıb, həmin dövrdə nə Ermənistan adlı dövlət, nə də "Ећərqi Ermənistan" adlı coğrafi ərazi olmayıb. Adları çəkilən xanlıqları isə Azərbaycan türkləri olan Qacarlar, Kəngərlilər, Ziyadoğlular, Cavanşirlər sülaləsi idarə ediblər. Həmin dövrdə Ermənistan dövləti olmadığı üçün bu dövlət adından pul kəsilməsinin mümkünsüzlüyü faktlarla konfransın təşkilat komitəsinin nəzərinə çatdırılıb.

Qeyd edək ki, bu məsələ bir dəfə də keçmiş Sovetlər Birliyi dövründə – 1971-ci ildə gündəliyə gətirilib. Həmin dövrdə Rusiya Dövlət Ermitajının hazırkı direktoru akademik M.B.Piotrovskinin atası B.Piotrovski "Redaksiyaya məktub" sərlövhəli məqaləsində Azərbaycan xanlıqlarına məxsus pul sikkələrinin mənimsənilməsini mümkünsüz və elmi yanlışlıq hesab edib. Məsələnin ikinci dəfə gündəliyə gətirilməsi Rusiya Dövlət Ermitajının və şəxsən onun direktoru akademik M.B.Piotrovskinin tarixə saxtakar münasibətinin və açıq-aşkar ermənipərəst mövqeyinin nəticəsi idi.

Haqlı tələb və etirazlardan sonra "Ећərq numizmatikası üzrə "İCON" 2-ci Beynəlxalq Konfrans"ın Təşkilat Komitəsi A.V.Akopyanın və P.N.Petrovun təqdim etdikləri "Ећərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi" adlı mövzunu konfransın gündəliyindən çıxarıb.

Bu, ermənilərin öz havadarlarının dəstəyi ilə saxta tarix yaratmaq cəhdinin növbəti dəfə iflasa uğramasıdır.

Mənbə: http://www.azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация