Humanitar Forumun "dəyirmi masa"sında sivilizasiyalararası dialoqun təmin edilməsində medianın rolu məsələsi müzakirə olunur

30-09-2016, 13:00
0
Жалоба

http://s19.radikal.ru/i192/1609/ba/a6f75d563d25.jpg


Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu" mövzusunda "dəyirmi masa" işə başlayıb.

AZƏRTAC xəbər verir ki, üç paneldən ibarət olan "dəyirmi masa"da informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olunur.

Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, dünyada münaqişələrin artdığı indiki dövrdə multikulturalizmi dövlət siyasətinin prioriteti elan edən bir ölkədə keçirilən bu beynəlxalq Forumu humanitar əməkdaşlığın "Azərbaycan modeli" adlandırmaq olar. "Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşmaqda olan dünya düzəni nəzərə alınmaqla XXI əsrdə qarşımızda duran problemlərin müzakirəsini zərurətə çevirib. Bu çoxvektorlu dəyişikliklər sistemində media və jurnalistika heç də digər mexanizmlərdən az rol oynamır. Təsadüfi deyil ki, Forumumuzun proqramında bu mövzuya ayrıca "dəyirmi masa" həsr edilib".

"Dəyirmi masa" "İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması" mövzusunda birinci panel iclası ilə davam edir.

Mənbə: http://www.azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация