Müzəffər MƏZAHİM."Ећəhid oldu, itkin düşdü oğular"

5-10-2016, 09:00
435

http://edebiyyat-az.com/wp-content/uploads/2015/08/mm.png


Tutduqları ən müqəddəs bu yolda,
Ећəhid oldu, itkin düşdü oğular.
Büdrəmədi bu aşrımda, bu yalda,
Ећəhid oldu, itkin düşdü oğullar.

Vurşdular, dönmədilər geriyə,
Bəxt qoymadı həsrət buzu əriyə,
Anaların qəlbi döndü körüyə,-
Ећəhid oldu, itkin düşdü oğullar.

Arzuları bir sönməyən günəşdir,
Sevgiləri göylər qədər genişdir,
Qovğalardan bu da belə dönüşdür,-
Ећəhid oldu, itkin düşdü oğullar.

Tapdağına dözmədilər yadların,
Atıldılar ağuşuna odların,
Ovutmaqçın bu torpağın dərdlərin,
Ећəhid oldu, itkin düşdü oğullar.

Düşmənlərə nifrətini qoruyub,
Vətəninin şöhrətini qoruyub,
Namusunu, qeyrətini qoruyub,
Ећəhid oldu, itkin düşdü oğullar.

Gənc əsgərim, möhkəm saxla silahı,
İndi yurdun sənə gəlir pənahı,
Qoyma yerdə bu qisası, bu ahı,-
Ећəhid oldu, itkin düşdü oğullar.

Dön şimşəyə, ildırıma, yelə sən,
Qaytar əldən gedənləri ələ sən,
O azadlıq günü üçün biləsən,
Ећəhid oldu, itkin düşdü oğullar.

Atlan, mənim mərd igidim, durma, qalx!
Düşmənlərin gözlərində od ol, çax!
Eşidirsən? Haray çəkir bu torpaq:
"Azadlığım, abadlığım yolunda
Ећəhid oldu, itkin düşdü oğullar!"

DƏRDİMİ YAZMIR QƏLƏM DƏ

Pozulubdur sığalları,
Sevməz daha nağılları,
Bu torpağın oğulları,
Dözümə düşmən kəsilib.

Basılıbdır sərhədlərim,
Haya gedib igidlərim,
Səbr verən öyüdlərim,
Özümə düşmən kəsilib.

Sevincim əsirmi qəmdə?
Bu millət qalmaz ələmdə.
Dərdimi yazmır qələm də,
Sözümə düşmən kəsilib.

Oyatmışam yaddaşı da,
Yanır bağrımın başı da,
Daha gözümün yaşı da,
Gözümə düşmən kəsilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: