Bu il 158 yaşayış məntəqəsinə təbii qaz verilib

6-10-2016, 12:45
497

http://s017.radikal.ru/i408/1610/92/133b066ebb52.jpg


Bu ilin yanvar-sentyabr aylarında 158 yaşayış məntəqəsinə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilməsi məqsədilə cari ilin yanvar-sentyabr ayları ərzində 7214,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 225 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində cari ilin yanvar-sentyabr aylarında 158 yaşayış məntəqəsi qazlaşdırılıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: