"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar

8-11-2016, 04:00
437

http://s018.radikal.ru/i506/1609/ee/de67680701e9.jpg


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, в„– 7, maddə 689; 2013, в„– 6, maddə 633) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi"nin 1.7-ci bəndində "xüsusi razılıq (lisenziya)" sözləri "lisenziya" sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, в„– 7, maddə 804) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi"nin 1.5-ci bəndində "xüsusi razılıq (lisenziya)" sözləri "lisenziya" sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, в„– 11, maddə 1388) ilə təsdiq edilmiş "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın 4.2.1-ci yarımbəndində "xüsusi razılığının (lisenziyası)" sözləri "lisenziyasının" sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, в„– 11, maddə 1389) ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.7.2-ci yarımbənddə "xüsusi razılığın (lisenziyanın)" sözləri "lisenziyanın" sözü ilə əvəz edilsin;

4.2. 2.11.3-cü yarımbənddə "xüsusi razılığının (lisenziyasının)" sözləri "lisenziyasının" sözü ilə əvəz edilsin;

4.3. 3.1.6-cı yarımbənddə "lisenziya fəaliyyətinin" sözləri "lisenziyanın" sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, в„– 12, maddə 1585; 2016, в„– 7, maddə 1250) ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi"nin 1.5-ci bəndində "xüsusi razılığın (lisenziyanın)" sözləri "lisenziyanın" sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, в„– 4, maddə 381) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi"nin 1.5-ci bəndində "xüsusi razılıq (lisenziya)" sözləri "lisenziya" sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, в„– 8, maddə 912) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi"nin 1.6-cı bəndində "xüsusi razılıq (lisenziya)" sözləri "lisenziya" sözü ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, в„– 12, maddə 1464) ilə təsdiq edilmiş "Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi"nin 1.5-ci bəndində "xüsusi razılıq (lisenziya)" sözləri "lisenziya" sözü ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2016-cı il.


Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: