Rusiyalı nazir ulu öndər Heydər Əliyevin məzarını və Ећəhidlər xiyabanını ziyarət edib

28-11-2016, 11:15
353

http://s018.radikal.ru/i521/1611/91/36f823360c2e.jpg


Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Sonra Ећəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Ећəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Mənbə: [url=http://www.azertag.az]http://www.azertag.az[/url


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: