Ећahmat üzrə Respublika çempionatı başa çatıb

28-11-2016, 17:00
389

http://s020.radikal.ru/i711/1611/38/2e8d38231e2f.jpg


Quba rayon Uşaq-Gənclər Ећahmat Məktəbində "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) şahmat üzrə Respublika çempionatının final mərhələsi başa çatıb.
Çempionat "Təhsil" RİM-in 2016-cı il üçün tədbirlər planına uyğun olaraq, Uşaq-Gənclər Ећahmat məktəbləri, həmçinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Ећahmat məktəbləri və Uşaq-Gənclər İdman məktəblərinin şahmat bölmələri arasında keçirilib.
Çempionatın keçirilməsində əsas məqsəd şəxsi birincilik yarışlarının nəticələrinə əsasən 2017-ci ildə "Məktəblilərin Dünya və Avropa çempionatı"nda iştirak edəcək şahmatçıları müəyyən etməkdən ibarət olub.
Çempionat "Məktəblilər arasında Dünya və Avropa çempionatı"nın yaş qruplarına müvafiq olaraq 6 yaş qrupu üzrə oğlan və qızlar arasında keçirilib. Final mərhələsində zona yarışlarında hər yaş qrupu üzrə I, II və III yerləri tutmuş oğlan və qız şahmatçıları iştirak edib.
Komanda hesabında I yeri Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Ећahmat-Dama Məktəbi, II yeri Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Ећahmat məktəbi, III yeri isə Gəncə şəhər Uşaq-Gənclər Ећahmat Məktəbinin komandaları tutublar.
Qaliblər "Təhsil" RİM-in kubok və diplomları ilə təltif edilib.

Mənbə: http://www.edu.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: