"Azərikimya" İB-də talasВ¬semiyalı xəstələr üçün növbəti qanvermə aksiyası keçirilmişdir

8-12-2016, 09:30
492

http://s019.radikal.ru/i600/1612/a6/822beca4fac6.jpg


Dekabrın 6-də SOCAR-ın "Azərikimya" İstehsalat Birliyində "Hemofiliya və talasse-miyadan əziyВ¬yət çəВ¬kən uşaqlara qayğı" Dövlət Proqramı çərçivəsində talasВ¬semiyalı xəstələr üçün 2010-cu ildən bəri davamlı olaraq keçirilən növbəti qanvermə aksiyasıva start verilmişdir.
"Azərikimya" İB-nin dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və TransВ¬fuziologiya İnstiВ¬tutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibb briqaВ¬dası tərəfindən aparılan və iki gün davam edən qanvermə aksiВ¬yaВ¬sının ilk günündə Birliyin Etilen-poliВ¬etiВ¬len zavodundan könüllü müraciət etmiş 200-ə yaxın kimyaçı müayinə edildikdən və yerin-dəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra onların 110 nəfərindən qan götürülmüşdür.
Aksiyanın ikinci günündə - dekabrın 7-də isə Təmir-tikinti İdarəsinin və "Azərikimya" İB-nin baş ofisinin əməkdaşları minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada iştirak etmiş və 100 nəfərdən artıq işçi qan vermişdir. Bununla da iki gün ərzində "Azərikimya" İB üzrə 220 nəfərə yaxın kimyaçı bu xeyirxah aksiyada iştirak edərək, talasВ¬semiyalı xəstələr üçün qan vermişdir.
Qanvermə aksiyasında "Karbamid" zavodunun əməkdaşları və respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin bir qrup könüllüsü də iştirak etmişdir.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: