Ulu öndər Heydər Əliyevin veteranlara diqqət və qayğısı minnətdarlıq hissi ilə xatırlanıb

9-12-2016, 16:15
268

http://s018.radikal.ru/i522/1612/b6/5912ca76c6dc.jpg


Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında müstəsna rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 9-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar keçirilən anım tədbirində səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə çıxış edən Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti barədə danışıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazandığını qeyd edən C.Xəlilov deyib: "Heydər Əliyev haqqında indiyədək çox kitablar yazılıb, çox fikirlər deyilib, gələcəkdə də yazılacaq və deyiləcək. Ancaq ayrılıqda götürülmüş heç bir kitab və fikir bu dahi şəxsiyyətin bütün məziyyətlərini tam aça bilməz. Heydər Əliyevi xalqın, dövlətin tarixində əbədi yaşadan ən mühüm cəhətlərdən biri, bəlkə də birincisi onun Azərbaycanın ən çətin zamanlarında idarəetmə sükanını inamla ələ alaraq xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu tarixi inkişafın yeni mərhələsinə çıxarmaq bacarığıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyev dünyanın ən böyük dövlət adamları ilə bir sırada dayanır".

Cəlil Xəlilov bildirib ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın ağır günündə, şübhəsiz, onun yanında olmalı idi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi və bununla da daxili, xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmək yoluna qədəm qoydu.

Sədr müavini Azərbaycanın bu gün siyasi, iqtisadi sahələrdə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun qüdrətli dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışıb.

Tədbirdə İkinci Dünya müharibəsi veteranları İsmayıl Fərəcov, Ömər Ağayev, Seyfulla Baxışov, Damət Nəbiyev, Respublika Veteranlar Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Ehtiyatda olan Zabitlər Konfedarasiyasının sədr müavini Həsən Əmirov çıxış edərək Ulu Öndərlə bağlı xatirələrindən, ümummilli lider Heydər Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışıblar.

Qeyd olunub ki, Azərbaycanda Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər veteranların problemlərini daim xüsusi diqqətdə saxlayıb və bu problemlərin həlli üçün müvafiq göstərişlər verib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: